Günayın etirazına Dil Komissiyasından CAVAB: “Bizim gəncliyin dilinə yaraşmır” - VİDEO

15-04-2023, 10:34           
Günayın etirazına Dil Komissiyasından CAVAB:
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin rəhbər müavini Gülarə Emirova müğənni Günay İbrahimlinin “O kimdir ki?” mahnısı ətrafında yaşanan qalmaqala cavab verib.

Bizim.media xəbər verir ki, qurumun rəsmisi, bu barədə verilişlərin birində deyib.

G.Emirova G.İbrahimlinin nəğməsinin “Mahnılarımız monitorinq aynasında” kitabında yer alması səbəbi ilə etirazını bu fikirləri ifadə edib:
“Günay xanım öz sənəti ilə sevilən müğənnidir. Biz də onun mahnılarını sevərək dinləyirik. “O kimdir ki” mahnısının aqressiv davranışları təbliğ etməsi siyahıda yer almasına səbəbdir.

Həm də həmin siyahıda mövzunun kəskinliyi yuxarıdan aşağıya doğru sıralanıb. O mahnı da ən aşağı pillədədir. “O kimdir”, “deyin səsini kəssin” kimi aqressiv ifadələrin işlədilməsi bizim gəncliyin dilinə yaraşmır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru