Leps özəl şənliklərdə çıxışının qiymətini açıqladı

17-04-2023, 12:44           
Leps özəl şənliklərdə çıxışının qiymətini açıqladı
Rusiyanın xalq artisti Qriqori Leps özəl tədbirlərdə çıxışına görə 10 milyon rubl (təxminən 208 min manat) aldığını bildirib.

NTV kanalında yayımlanan “Tı ne poveriş” verilişində o, bu cür pula həm ad günündə, həm də toyda çıxış etməyə hazır olduğunu bildirib. Müğənni rusiyalıları qənaət etməyə çağırıb.

“Çox deyil, 10 milyon rubl - və mən tədbirdəyəm. Yığın, toplayın. Mən ad günlərinə də gələ bilərəm. Araq içəcəm və sizin üçün şənlik təşkil edəcəyəm”, - deyə Leps bəyan edib.


Eyni zamanda, bəzi mənbələr əslində ifaçının qonorarının az qala iki dəfə az olduğunu və 6 milyon rubl təşkil etdiyini iddia ediblər.

Mənbə: news.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru