İtaliya polisi məşhur “Gucci” Moda Evində axtarış apardı - FOTO

21-04-2023, 12:04           
İtaliya polisi məşhur “Gucci” Moda Evində axtarış apardı - FOTO
İtaliyanın Milan şəhərində hüquq-mühafizə orqanları məşhur “Gucci” Moda Evinin binasında axtarış aparıblar.

Bu barədə “Gucci” Moda Evinin Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, axtarışlar Avropa Komissiyasının (AK) İtaliya vergi polisi və AK agentlərinin iştirakı ilə apardığı antiinhisar araşdırması çərçivəsində baş tutub.

“Avropa İttifaqının antiinhisar qaydalarına uyğun olaraq və moda sahəsində ilkin araşdırmaların bir hissəsi kimi Avropa Komissiyası “Kering”in törəmə şirkəti olan “Gucci”nin İtaliyadakı binalarında 18 aprel 2023-cü il tarixindən yoxlamalara başlayıb”, - deyə holdinqin Mətbuat Xidmətindən bildirilib.


Mənbə: MK.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru