Nazilə Səfərli və Rəqqasə Fatimə arasında DAVA QIZIŞDI: "Ağzımı açma da, gəlib..."

21-04-2023, 23:00           
Nazilə Səfərli və Rəqqasə Fatimə arasında DAVA QIZIŞDI: "Ağzımı açma da, gəlib..."
Rəqqasə Fatimə Fətəliyeva şairə Nazilə Səfərli ilə aralarında yaşanan məhkəmə prosesindən bəhs edib.

Teref.az Olay-a istinadən xəbər verir ki, bu barədə “Səhər mərkəzi” verilişində danışan rəqqasə ondan əsla üzr istəməyəcəyini bildirib:

“Uduzmamışam. Proses gedir, apellyasiyaya vermişəm. Ondan sonra hara kimi gedəcək bilmirəm. Məhkəməyə mən yox, qarşı tərəf verib. Eşitdiyimə görə, xoşu gəlir, elə məhkəmələrdədir. Heç 50 mini bir arada görməmişəm. Əsla üzr istəməyəcəyəm”.

Fatimə Fətəliyevanın bu açıqlamasından sonra şairə Nazilə Səfərli ilə əlaqə saxladıq. OLAY-a danışan sənətçi daha sonra detallı məlumat verəcəyini bildirib:

“Xəbərim var, hesabıma reklam axtarır. O gün efir arxası bir-iki nəfər dedi ki, sevinir. Deyir, “gündəmə başqa cür gəlməyin yolu yoxdur axı”. Dediklərini eşitdim. Artıq mən bu barədə danışmışam, sabah yayımlanacaq. Çox məlumat verə bilmərəm. Necə ki, bu gün Fatiməyə baxmısınız, sabah da məni izləyərsiniz”.

Rəqqasənin “əsla üzr istəmərəm!” sözləri isə Nazilə Səfərlini əsəbləşdirib:

“Səndə elə ürək var, ay qız? Ağzımı açma da. Sadəcə yazın ki, mən onun sözlərinə bir saatdır gülürəm!”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru