Xalq artisti: "Çox səviyyəsiz söhbətlər gedir, mahnı oxumağa icazə almaq lazımdır?" - VİDEO

22-04-2023, 10:24           
Xalq artisti: "Çox səviyyəsiz söhbətlər gedir, mahnı oxumağa icazə almaq lazımdır?" - VİDEO
"Bütün müəlliflərin əsərləri hər yerdə səslənə bilər. Ona görə müəllifin hüququ qorunulmalıdır. O səslənməyə görə də müəllif hansısa bir qonorar almalıdır. Bunun qonorarı olmalıdır. Bu bütün dünyada belədir".

BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi "ATV Səhər" verilişinə açıqlamasında deyib.

Azərbaycan musiqilərinin xarici filmlərdə səsləndirilməsindən danışan Kərimi mahnıların icazə ilə oxunması məsələsinə də toxunub.

Xalq artisti qeyd edib ki, kiminsə mahnısını oxumaq üçün həmkarı onda icazə almaya bilər, yetər ki, həmin mahnı düzgün ifa edilsin:

"Müəllif bu əsəri yazıb ki, ifa olunsun. Hazırda çox səviyyəsiz söhbətlər gedir. Deyirlər "Kiminsə mahnı oxumaq istıyirsənsə mütləq icazə almalısan". Bəyəm mahnı oxumağa icazə almaq lazımdır? Mənim ürəyim o mahnını oxumaq istəyirsə niyə icazə almalıyam? Allah rəhmət etsin, Rəşid Behbudov gözəl mahnılar oxuyub. İndi ondan necə gedib icazə almaq lazımdır? Onun bəstəkarından necə icazə almaq olar? Onlar artıq haqq dünyasındadırlar".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.