Ronaldonun qadınlarla bağlı sirlərini açdı - 30 min müqabilində...

25-04-2023, 11:38           
Ronaldonun qadınlarla bağlı sirlərini açdı -
Kriştiano Ronaldo “Mançester Yunayted”də futbol oynayarkən iki qadının telefon nömrəsi müqabilində lüks avtomobilindən imtina edib.

Metbuat.az xəbər verir ki, “Mançester Yunayted”in keçmiş masajçısı Rod Tornlinin açıqlamasına görə, Kriştiano Ronaldo müğənni Kimberli Uayt və Kylie Minoqun bacısı Danniinin telefon nömrələrini istəyib. "Mən ona masaj edərkən televizorda X Factor var idi. "Bu qız kimdir?" deyə soruşdu. O, Kayli Minoqun bacısı Dannii Minoqu nəzərdə tuturdu. Sonra dedi: "Yaxşı, onun nömrəsini tapa bilərsənmi?". O vaxt masajçı idim, amma çevrəm geniş idi. 4-5 gün ərzində Dannii Minoqun nömrəsini tapıb ona verdim. Dəfələrlə görüşdülər, ancaq əhəmiyyətli bir şey olmadı" - Rod Tornli deyib.

Tornli həmçinin bildirib ki, Ronaldo 2009-cu ildə “Real Madrid”lə müqavilə bağlamazdan əvvəl Uayattın telefon nömrəsini tapmaq müqabilində “Porsche” avtomobilini ona yarı qiymətinə verməyi təklif edib: "Şənbə gecəsi X Factor yenidən efirə çıxdı. Ronaldo soruşdu ki, Kimberli Uayattın nömrəsini ala bilərsən?. Dedim ki, yaxşı, amma əvəzində mənə nə verəcəksən?. Dedim ki, hər yerdən qızların nömrəsini tapıram, amma əvəzində heç nə qazana bilmirəm. O cavab verdi: "Avtomobilim xoşunuza gəlirmi?. “Real Madrid”ə gedəndə sənə yarı qiymətinə satacağam”. Uayattın nömrəsini əldə etmək təxminən 10 dəqiqə çəkdi. Mən nömrəni ona çatdırdım. Ronaldo sözünü tutdu. Ronaldoya 60 minlik avtomobil üçün 30 min verdim. Ertəsi gün maşını 50 minə satdım".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.