Böyük Britaniya kralı “Avroviziya” səhnəsini açdı – FOTO

27-04-2023, 11:04           
Böyük Britaniya kralı “Avroviziya” səhnəsini açdı – FOTO
Böyük Britaniya kralı III Çarlz və Kraliça Kamilla Liverpulda “Avroviziya 2023”-ün səhnəsinin təntənəli şəkildə açılışını ediblər.

Kral cütlüyü mayın 9-dan 13-dək beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi edəcək Liverpuldakı “M&S Bank Arena”nın əsas səhnəsində işıqları yandırıblar. Əlahəzrət və xanımı “Avroviziya 2023”ün aparıcıları - ukraynalı müğənni Yuliya Sanina, komediya ustası Qrem Norton, aktrisa Hanna Uoddinqem və ifaçı Alişa Diksonu da salamlayıblar.

Qeyd edək ki, Böyük Britaniya 25 ildən sonra ilk dəfə yarışmaya ev sahibliyi edəcək. Sonuncu dəfə beynəlxalq mahnı müsabiqəsi krallıqda 1998-ci ildə Birmingemdəki “Barclaycard Arena”da keçirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru