Ağır xəstə olan məşhur Hollivud aktyoru Bryus Uillis ilk dəfə baba oldu - FOTO

27-04-2023, 10:24           
Ağır xəstə olan məşhur Hollivud aktyoru Bryus Uillis ilk dəfə baba oldu - FOTO
Məşhur Hollivud aktyoru Bryus Uillis və Demi Murun böyük qızı Rumer ana olduğunu açıqlayıb.

O, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Beləliklə, məşhur aktyor Bryus Uillis ilk dəfə baba olub.

“Sən əsl möcüzəsən. Və xəyal etdiyimizdən də gözəlsən…”, - deyə Rumer qeyd edib.

O, yeni doğulan qızına Luetta Aysli Tomas Uillis adının qoyulduğunu bildirib. Körpənin atası isə musiqiçi Derek Riçard Tomasdır.
Xatırladaq ki, Bryus Uillis və Demi Mur 1987-ci ildə evləniblər və 13 ildən sonra boşanıblar, onların üç övladı var.

Hazırda Uillis britaniyalı model Emma Himinqlə evlidir. Aktyor, həmçinin ağır xəstəlik olan demensiyadan (yaddaşın itirilməsi - red.) əziyyət çəkir.






Mənbə: MK.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru