Alla Puqaçovanın qəsri dünyada ən böyük morqa çevriləcək - FOTO

27-04-2023, 11:48           
Alla Puqaçovanın qəsri dünyada ən böyük morqa çevriləcək - FOTO
Alla Puqaçova və Maksim Qalkinin Rusiyanın Qryaz kəndindəki qəsri Sankt-Peterburqdan olan şoumen Stas Bareski tərəfindən satın alınıb.

Bareski qəsri 450 milyon rubla aldığını bildirib. Onun sözlərinə görə, ulduz ailənin pula ehtiyacı olub, ona görə də İsrail və Baltikyanı ölkələrdə aparılan danışıqlar zamanı tezliklə alqı-satqı ilə bağlı razılaşmanın əldə edilməsinə tələsiblər.

Qəsrin yeni sahibi isə burada morq və krematoriya qurmağı planlaşdırır.

“Alla Borisovna qəsrin ritual biznes sahəsində istifadəsi ilə bağlı qərarsız idi. Biz bu qəsrdən Rusiyada, Avropada, bütün dünyada ən böyük krematoriya və morq yaratmaq istəyirik. Burada müəyyən zonalar, bəzi ritual mağazalar, anbarlarımız olacaq”, - deyə Bareski qeyd edib.







Mənbə: AİF.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru