Freddi Merkurinin şəxsi əşyaları hərraca çıxarılacaq – FOTO

27-04-2023, 12:48           
Freddi Merkurinin şəxsi əşyaları hərraca çıxarılacaq – FOTO
Mərhum britaniyalı musiqiçi Freddi Merkurinin 1500-ə yaxın şəxsi əşyası “Sotheby's”də satılacaq.

Hərraca musiqiçinin səhnə geyimləri, mahnılarının qaralama verisyaları, sənət əsərləri və digər interyer əşyaları da çıxarılacaq.

Nümunələr arasında “We Are The Champions” mahnısının 300 min funt-sterlinq (374 min dollar) dəyərində qiymətləndirilən əlyazması, Merkurinin 1986-cı ildə son canlı ifası zamanı səhnəyə çıxdığı kral tacının və mantiyanın surəti də var.

Hərraca çıxarılan əşyalar Merkurinin 1991-ci ildə ölümündən əvvəl həyatının son illərini keçirdiyi Londondakı “Garden Lodge”da uzun müddət saxlanılıb. Onun vəsiyyəti ilə mülk sevgilisi Meri Ostinə keçib.
Hərracın əsas hissəsi avqustda Londonda, həmçinin Nyu-York, Los-Anceles və Honq Konqda keçiriləcək. Gəlirlərin bir hissəsi xeyriyyəçiliyə sərf olunacaq.




Mənbə: The Guardian












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru