Xəyanət iddialarından sonra ayrılacaqları düşünülən Kadir Doğulu və Neslihan Atagül cütlüyü Azərbaycana gəlir. Bakupost.az xəbər verir ki, bununla bağlı Türk maqazin səhifələri məlumat yayıb. Hava limanında kameralara tuş gələn məşhurların axşam saatlarında İstanbuldan Bakıya yolda düşdüyü bildirilib. Qeyd edək ki, bir neçə gün əvvəl Kadirin başqa xanımla səmimi görüntüləri yayılıb, həmçinin onun Neslihana digər bir qadınla da xəyanət etdiyi söylənilmişdi.