“Aygünə görə tanınmısan”, deyən Tolikə Anardan CAVAB - QALMAQAL BÖYÜDÜ

2-05-2023, 13:44           
“Aygünə görə tanınmısan”, deyən Tolikə Anardan CAVAB - QALMAQAL BÖYÜDÜ
Xalq artsiti Aygün Kazımova ilə stilist Anar Ağakişiyev arasında yaranan qalmaqal böyüyür. Tanınmış prodüser və aparıcı Tolik pop divanı təhqir etdiyinə görə sosial şəbəkə hesabında Anarı qınayıb.

TEREF.AZ Yenicag.az-a istinadla xəbər verir ki, Tolik Anara “Sənin tanınmağın Aygün Kazımovaya görə olub” deyə ismarış yollayıb.

Qarşı tərəf də susmayaraq Tolikə cavab verib:

“Canım dostum, dar günümün dostu. Mənim tanınmağım əziyyətlərim və fitri istedadımın, Allahdan mənə verilən istedadın sayəsində olub. Bir balaca sənə düzəliş verim, əgər mən istedadsız olsaydım, məni heç Beyons belə tanıtdıra bilməzdi. Həmin xanım sadəcə vasitəçi olub. Bu da ona imkan vermir ki, məni təhqir etsin. Bəlkə də mənim şansım, şöhrətim, ölkədən xaricdə tanınmağım onu narahat edirsə, bu, başqa məsələ”.

Qeyd edək ki, Anar Ağakişiyev Aygün Kazımovanı “qoca transa oxşayır” sözləri ilə təhqir edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.