"Komedixana"dan gedənlər haqqında danışdı - VİDEO

3-05-2023, 00:13           
"Komedixana"dan gedənlər haqqında danışdı - VİDEO
Aktyor Həsrət Həsrətov "Komedixana"dan gedən aktyorlar haqqında danışıb.

O, "Günaydın, Azərbaycan" proqramında vaxtı ilə "Komedixana" kollektivi ilə qalmaqal yaşayan aktrisa Firuzə Balayevaya da söz "atıb".

Həsrətov bu həmkarları haqda bu sözləri deyib:

"Gələnə də, gedənə də qapımız açıqdır. Bizim komandada işləmək çətindir. Ənvər elə bir nizam-intizam qaydaları qoyub ki, ondan heç kim küsüb gedə bilməz. Sağlam rəqabət var. Kimsə rəqabətə dözür, kimsə yox. Bu onların şəxsi işidir. Biz heç kimi yola salmırıq".

Ənvər Həsənov da həmkarının fikirlərini təqdiqləyib. Bundan başqa, aparıcı Xoşqədəm Hidayətqızının "Ən bahalı aktyor kimdir?" sualına Həsrət "Müşviq Şahverdiyevdir. Onun da işi məhkəmədədir. Rəqəm açıqlamayaq, amma hələ 5 məhkəməsi var" - cavabını verib.

Qeyd edək ki, Firuzə Balayeva "Səhərin səsi" verilişində qonaq olarkən "Komedixana" haqqında "Mən ağıllı insanlarla işləməyi sevirəm, bir az "şiti çıxarılan" yer mənlik deyil" kimi fikirlər səsləndirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru