"Avroviziya 2023"ün açılış mərasimi: Təmsilçilərimiz “göz qamaşdırdı” - FOTO/VİDEO

8-05-2023, 10:34           
"Avroviziya 2023"ün açılış mərasimi:
Bu gün "Avroviziya 2023" beynəlxalq mahnı müsabiqəsinin açılış mərasimi baş tutub.

Bizim.Media xəbər verir ki, xəbər verir ki, bu il yarışmada iştirak edən Avropa ölkələrinin təmsilçiləri firuzəyi xalça üzərinə çıxaraq, fotoqraflara pozlar verib, media nümayəndələrinin suallarını cavablandırıblar.

Azərbaycan təmsilçiləri Tural və Turan Bağmanov əkiz qardaşları da sözügedən tədbirdə yer alıblar. Diqqət çəkən məqam isə jurnalistlərin ölkə təmsilçilərimizə olan xüsusi maraq olub. Qardaşlar geyimləri və imicləri ilə görənləri valeh ediblər.

Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də keçiriləcək. Azərbaycanı Tural və Turan Bağmanov qardaşları "Tell me more" mahnısı ilə təmsil edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru