Əkizlərin bu geyimi biabırçılıq adlandırıldı: - “Uşaqlar, bu, ayıb deyil?”

8-05-2023, 10:35           
Əkizlərin bu geyimi biabırçılıq adlandırıldı: -
Azərbaycan təmsilçiləri Tural və Turan əkiz qardaşlarının "Avroviziya 2023" mahnı müsabiqəsinin açılış mərasimindəki geyimləri sərt tənqidlə qarşılanıb.

TEREF.AZ “Yeni Sabah”a istinadla xəbər verir ki, ötən gün olan açılış mərasiminə Azərbaycan təmsilçiləri qadın geyimi ilə qatılıblar. Qardaşların bu “imici” ölkə vətəndaşları tərəfindən birmənalı qəbul olunmayıb. Onların bu görüntüsü haqda çoxsaylı tənqidlər sosial şəbəkələrdə öz əksini tapıb.

İstifadəçilər Azərbaycanı təmsil edən kişi cinsinə məxsus şəxslərin qadın geyimindən istifadə etməsini biabırçılıq adlandırıblar.

Politoloq Əziz Əlibəyli isə Facebook hesabında yazıb:

“Uşaqlar, bu, ayıb deyil? Hansı ölkəni təmsil etdiyinizdən, hansı ildə və hansı proseslərdə yaşadığımızdan xəbəriniz yoxdur?

Dünya Azərbaycanı onun övladlarını vətən müharibəsi və müstəsna qalibiyyəti ilə tanıdır.

Bu nə simadır? Bu nə biabırçılıqdır?”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru