Hadisə ilə konsert zamanı birgə mahnı oxuyan qız kimdir? - VİDEO

8-05-2023, 13:21           
Hadisə ilə konsert zamanı birgə mahnı oxuyan qız kimdir? - VİDEO
Ötən gün məşhur müğənni Hadisə Bakıda konsert verib.

BAKU.WS xəbər verir ki, Bakı Konqres Mərkəzindəki konsert gecəsi zamanı maraqlı anlar yaşanıb.

Fanatlarından biri Hadisəyə yaxınlaşaraq onunla mahnı ifa etmək istədiyini bildirib. Hadise pərstişkarının bu istəyini həyata keçirib və onunla mahnılarından kiçik hissələr səsləndirib.

Bu barədə aparıcı Vüsalə Əlizadə məlumat verib. O bildirib ki, bu jestdən sonra Hadisəyə hörməti daha da artıb:

Bu qız yaxınlaşıb "Ən böyük arzum sizinlə mahnı oxumaq” dedi, çox inad etdi. Hadisə söz verdi və yerinə yetirdi. Halal olsun cəsarətinə... Çox da gözəl oxudu. Ayrıca Hadisəyə hörmətim və sevgim 1-ə 5 artdı. Vallah bizim müğənnilər olsaydı, bir yeniyetməyə bu şansı yaratmazdı".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru