“Avroviziya” təmsilçilərimiz “Tell Me More” mahnısı ilə çıxış ediblər - YENİLƏNİB + FOTO/CANLI YAYIM
10-05-2023, 08:58
Liverpulda “Avroviziya” mahnı müsabiqəsində təmsilçilərimiz Tural və Turan əkiz qardaşları 12-ci nömrə altında çıxış ediblər.
Onlar “Tell Me More” mahnısını ifa ediblər.
23:14
Liverpulda “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.
Oxu.Az xəbər verir ki, tədbir builki müsabiqə üçün hazırlanmış videoçarxla start götürüb.
12:04
Bu gün “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək. Yarış Liverpul şəhərində təşkil olunacaq.
Belə ki, bu gün 15 ölkənin təmsilçiləri səhnəyə çıxacaqlar. Onlar arasında Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşları da yer alacaqlar. Əkizlər 12-ci nömrə altında səhnəyə çıxacaqlar.
Birinci yarımfinalda Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland və Finlandiya da mübarizə aparacaq.
Səsvermə mayın 9-da canlı konsert zamanı açıq olacaq.
Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilən müsabiqənin növbəti yarımfinalı 11 mayda, final isə mayın 13-də keçiriləcək. Azərbaycanı Tural və Turan Bağmanov qardaşları “Tell me more” mahnısı ilə təmsil edəcəklər.