Əylənərkən anidən yerə yıxılan məşhur televiziya ulduzu qəfil öldü - FOTO

11-05-2023, 12:45           
Əylənərkən anidən yerə yıxılan məşhur televiziya ulduzu qəfil öldü - FOTO
İtaliyada "Big Brother" proqramı ilə məşhurlaşan 37 yaşlı televiziya ulduzu Monika Sirianni dostları ilə getdiyi məkanda əylənərkən yerə yıxılaraq dünyasını dəyişib.

BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, əyləncə məkanında anidən halı pisləşən Monika çağırılan təcili yardım tərəfindən xəstəxanaya aparılsa da, edilən bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib.

Televiziya ulduzunun ölümünün dəqiq səbəbi hələlik açıqlanmasa da, onun infarkt keçirdiyi ehtimal olunur.

Gənc qadının ani ölümü pərəstişkarları və ailəsi arasında böyük kədərə səbəb olub.

Qeyd edək ki, Monika 2011-2012-ci illərdə “Big Brother”in 12-ci mövsümünə qoşulduqdan bir ay sonra şoudan kənarlaşdırılıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru