Biri vədinə əməl edib soyundu, bəs digərləri? - FOTOLAR/VİDEO
12-05-2023, 11:27

"Napoli"nin 33 illik fasilədən sonra çempion olması dünya futbolunda böyük maraqla qarşılandı. Neapolluların çılğın sevincini görmək nəyə desəz dəyərdi.
Uzun sürən hicranın sonundakı vüsal çox şirin olur deyirlər. Artıq bitr həftədir ki, İtaliyanın cənubunda əsl bayram yaşanır.
"Napoli" azarkeşləri çempionluğu qeyd etməklə yanaşı, verilən sözlərin yerinə yetirilməsini gözləyirlər. Söhbət klubdan deyil, yerli gözəllərin verdiyi vədlərdən gedir. Modellər, aktrisalar, müğənnilər söz vermişdilər ki, "mavilər" İtaliya çempionu və ya Çempionlar Liqasının qalibi olsalar, şəhərdə çılpaq gəzəcəklər.
Paola Saulinonun bu məsələdə bəxti gətirib. O, söz vermişdi ki, "Napoli" qitənin bir nömrəli klub turnirini qalibi olarsa, avtobusun üzərində çılpaq şəkildə şəhərdə dövrə vuracaq. Ancaq "Milan" buna imkan verməyib. Komanda ÇL-dəki çıxışını 1/4 finalda başa vurub. Paolanı çılpaq görmək istəyənlər növbəti mövsümü gözləməli olacaqlar.

Lakin Karmen Kakavale artıq sözünün üstündə durub. O, həqiqətən də Neapol küçələrində çılpaq görünüb. Karmen haqqında çox şey məlum deyil - onun İnstaqramda cəmi 7 min izləyicisi var.


O, peşəkar balerina və rəqqasədir. Model kimi də işləyir və tez-tez bədənindən “kətan” kimi istifadə edir.


