Bakıdan sonra Liverpulda da qalib olan Loren kimdir? - Video/Fotolar

14-05-2023, 11:43           
Bakıdan sonra Liverpulda da qalib olan Loren kimdir? - Video/Fotolar
Liverpulda keçirilən "Avroviziya 2023” Mahnı Müsabiqəsinin qalibi 583 xalla İsveç təmsilçisi Loren oldu.

Teleqraf.com xəbər verir ki, mərakeş əsilli isveç müğənnisi 2012-ci ildə Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsində də iştirak etmiş "Euphoria" adlı mahnı ilə 372 balla müsabiqənin qalibi olmuşdu.

Musiqi ilə yanaşı müğənni eyni zamanda insan hüquqlarının qorunması sahəsində siyasi fəaliyyət göstərir. Səyahət etdiyi müxtəlif ölkələrdə Loren ölkənin siyasi məhbusları, insan haqları fəalları ilə görüşlər keçirir.

Bu il Loren müsabiqəyə "Tatoo" mahnısı ilə qatılıb. Mahnı və çıxışı həm tamaşaçılar, həm də münsiflər tərəfindən yüksək qiymətləndirilən Loren müsabiqənin ev sahibliyini yenidən İsveçə aparmağı bacarıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru