Məşhur sənətçi qarşıdurmada dünyasını dəyişdi

15-05-2023, 08:54           
Məşhur sənətçi qarşıdurmada dünyasını dəyişdi
Sudanın məşhur sənətçilərindən olan Şaden Qardud ölkənin Omdurman şəhərində baş verən qarşıdurmalarda həlak olub.

Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında baş verən qarşıdurmada ölkənin aparıcı sənətçilərindən olan Şaden Qardudun öldüyü açıqlanıb . 37 yaşlı sənətçinin ordu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında mülki əhalinin müdafiəsi ilə bağlı razılıq əldə olunmasından bir gün sonra vəfat etməsi diqqət çəkib. RSF-nin son zamanlar varlığını artırdığı Əl-Həşməb məhəlləsində yaşayan Qardoodun ölümünü onun qardaşı oğlu sosial media hesabında bir paylaşımla təsdiqləyib.

Qardood sosial media hesabındakı son paylaşımlarının birində “25 gündür ki, evimizdə ilişib qalmışıq. Acıq və qorxu içindəyik”, – deyə o bildirib.

Şimali Afrika ölkəsi Sudanda ordu ilə yarımhərbiləşdirilmiş Sürətli Dəstək Qüvvələri (RSF) arasındakı gərginlik aprelin ortalarında münaqişəyə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatı son açıqlamasında qarşıdurmalarda 600-dən çox insanın həyatını itirdiyini, 5 mindən çox insanın isə yaralandığını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru