Teylor Svift konsertin ortasında mühafizəçiyə acıqlandı: “Ey, dayan...” - FOTO/VİDEO

16-05-2023, 10:49           
Teylor Svift konsertin ortasında mühafizəçiyə acıqlandı:
Məşhur müğənni Teylor Svift Filadelfiyada konserti zamanı mahnısının ortasında mühafizəçiyə acıqlanıb.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Bildirilir ki, o, bunu təhlükəsizlik nümayəndəsinin pərəstişkara qarşı aqressiv davranışına görə edib.

“Ey, dayan! O, heç nə etmədi!”, - deyə Svift mahnının düz ortasında acıqlanıb. Bundan sonra o, digər tamaşaçılarına qızın yaxşı olduğunu xəbər verib.

Sviftin sosial şəbəkədəki çıxışından sonra daha bir neçə fanat eyni mühafizəçinin aqressiv davranışı ilə qarşılaşdığını etiraf edib. Onların sözlərinə görə, həmin şəxs ifaçının konsertindən həzz almalarına mane olub. Bəzi fanatlar isə mühafizəçinin onları itələdiyini iddia ediblər.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru