Demi Murdan zərif paylaşım - FOTO

16-05-2023, 11:36           
Demi Murdan zərif paylaşım - FOTO
Bu yaxınlarda ilk dəfə nənə olan Hollivud ulduzu Demi Mur yeni doğulan nəvəsi ilə ilk fotolarını paylaşıb.

Oxu.Az-ın məlumatına görə, o, müvafiq şəkillərini “Instagram”da yayımlayıb.

Aktrisa paylaşımına, həmçinin doğuş zamanı qızı Rumeri qucaqlayan fotosunu və Rumerə hamiləykən çəkdirdiyi şəklini əlavə edib.

“Həyat dövriyyəsi”, - deyə aktrisa paylaşımında bildirib.


Qeyd edək ki, Demi Mur və Bryus Uillisin qızı Rumer aprelin sonunda şəxsi bloqunda yeni doğulmuş qızının ilk şəklini dərc edib və uşağı evdə dünyaya gətirdiyini bildirib.

“Luetta Ayli Tomas Uillis. Sən - əsl möcüzəsən. 18 apreldə evdə anadan olub. Sən bizim xəyal edə biləcəyimizdən də böyüksən”, - deyə Rumer paylaşımına şərh yazıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru