Rejissor məşhur aktrisaya rol verilməməsini gülməli səbəblə əlaqələndirdi - FOTO

16-05-2023, 12:56           
Rejissor məşhur aktrisaya rol verilməməsini gülməli səbəblə əlaqələndirdi - FOTO
Amerikalı aktrisa El Fenninq məşhur filmdə rol almağa necə rədd cavabı verildiyindən danışıb.

Onun sözlərinə görə, buna çox absurd bir səbəb göstərilib. Belə ki, imtinaya səbəb kimi onun sosial şəbəkə hesabında abunəçilərin sayı göstərilib.

“Böyük bir layihədə rol almadım, çünki studiyanın zövqünə uyğun abunəçim yox idi. Ola bilsin ki, başqa səbəb olub, amma aldığım rəy belə olub”, - deyə o bildirib.

Aktrisa söhbətin hansı layihədən getdiyini açıqlamayıb.

Qeyd edək ki, El Fenninq “Maleficent”, “A Rainy Day in New York”, “Super 8”, “The Curious Case of Benjamin Button”, “Deja Vu”, “The Neon Demon” və sair filmlərdəki rolları ilə tanınır.






Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru