Ülviyyə Alovlu axtarışa verildi

16-05-2023, 16:54           
 Ülviyyə Alovlu axtarışa verildi
Jurnalist Ülviyyə Alovlu axtarışa verilib.

TEREF.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində çıxarılıb.

Hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən iclasda qeyd edilib ki, dəfələrlə çağırış göndərilməsinə axmayaraq, Ülviyyə Muradova cavabdeh olduğu məhkəmə iclaslarına gəlməyib. Buna görə bir müddət öncə onun barəsində məhkəməyə məcburi gətirilmə qərarı çıxarılıb. Bununla belə onun məhkəməyə gətirilməsi mümkün olmayıb. Qeyd edilən situasiyanı nəzərə alaraq, məhkəmə Ü.Alovlunun barəsində axtarış qərarı çıxarıb. Qərarın icrası ilə bağlı bildiriş ərazi üzrə müvafiq polis orqanına göndərilib.

Qeyd edək ki, Ülviyyə Muradova xalq artisti Flora Kərimova tərəfindən xüsusi ittiham ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq jurnalist barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.

Xatırladaq ki, tərəflər arasında qalmaqala səbəb Ü.Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru