Eybel Tesfaye “The Weeknd”i öldürmək planlarından danışdı: “Sonda bunu edəcəyəm”

17-05-2023, 11:58           
Eybel Tesfaye “The Weeknd”i öldürmək planlarından danışdı: “Sonda bunu edəcəyəm”
Kanadalı pop müğənni səhnə adı “The Weeknd”i əsl adı Eybel Tesfaye ilə əvəz edib.

İfaçı artıq “Instagram” profilindən başqa bütün sosial media hesablarında adını dəyişib. O, bundan əvvəl verdiyi müsahibədə təxəllüsü dəyişdirmək planlarından danışıb.

Musiqiçi vurğulayıb ki, bu qərarın ardında bütövlükdə musiqi sənayesindən uzaqlaşma durmur, yenə musiqi yaradıcılığına davam edəcək.

“İndi katarsisdən keçirəm. “The Weeknd” fəslini bağlamağa hazır olduğum məqam gəlir. Mən hələ də musiqi ilə məşğul olacağam, bəlkə Eybel kimi, bəlkə də “The Weeknd” kimi. Amma yenə də “The Weeknd”i öldürmək istəyirəm və sonda öldürəcəyəm. Mən dərimi soymağa və yenidən doğulmağa çalışıram”, - deyə ifaçı bildirib.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru