Zaur toylara getməməyinin səbəbini açıqladı

21-05-2023, 20:26           
Zaur toylara getməməyinin səbəbini açıqladı
"Toya aparıcı kimi getmirəm. Çünki xoşlayıram ki, mən danışanda hamı qulaq assın".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev öz verilişində deyib. O, toy məclislərinə dəvət aldığını, amma getmədiyini deyib:

"Mən danışanda kimsə yeyəcək, oynayacaq, danışacaq, uşağın qulağın dartacaq, kiminsə nəyisə düşəcək və onunla məşğul olacaq... Toya gedənə pis baxmıram, dolanışıqdır. Təəssüf ki, indi ən böyük dolanışıq yeri toy məclisləridir. Konsert etməkdən az gəlir gəlir. Xərci qazancından çoxdur. Səsi, gurultunu sevmirəm. İstəyirəm mən danışanda hamı sussun və qulaq assın".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru