İki ildir onu sevir, amma evlənmək istəmir - İLGİNC SƏBƏB

22-05-2023, 08:08           
İki ildir onu sevir, amma evlənmək istəmir -
Aktyor Ostin Batler sevgilisi Kaye Qerber ilə evlənmək istəmir

Publika.az xəbər verir ki, bu barədə "Radar Onlin" nəşri mənbəyə istinadla məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, 31 yaşlı Ostin Batler işlə məşğul olduğu üçün 21 yaşlı Kaye Qerberə ürək açmağa tələsmir.

“Kaye yaxın gələcəkdə Ostinlə evlənmək istəyir, lakin o, evliliyin hazırda onun radarında olmadığını açıqlayır. O görür ki, onun karyerası birinci yerdədir və bu, çətin ki, dəyişsin", - deyə jurnalistlər insayderin sözlərindən sitat gətiriblər.

Onların arasında olan münasibət ilk dəfə 2021-ci ilin dekabrında üzə çıxıb. Model daha əvvəl "Euphoria"nın ulduzu Ceykob Elordi ilə görüşmüşdü.

Batler "Ən yaxşı kişi rolu" nominasiyasında "Oskar" mükafatına namizəd olub ( "Elvis" filmindəki Elvis Presli roluna görə ), lakin Brendan Freyzerə uduzub. Qerber onu "Vanity Fair" şənliyində müşayiət edib.

Qeyd edək ki, Kaye Qerber supermodel Sindi Kroufordun qızıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.