Ulduz cütlük ailə problemlərini özünəməxsus şəkildə inkar etdi – FOTO

22-05-2023, 12:34           
Ulduz cütlük ailə problemlərini özünəməxsus şəkildə inkar etdi – FOTO
Cennifer Lopez və Ben Afflek Beverli Hills küçələrində öpüşərkən görüntüləniblər.

Cütlük şənbə günü ailəvi alış-veriş zamanı paparassilərin obyektivinə tuş gəlib. Lopez nazik zolaqlı pambıq sarafanda, Afflek isə sadə köynək, cins şalvar və idman ayaqqabısında ictimaiyyət qarşısına çıxıb. Onları aktrisanın üçüncü əri Mark Entonidən olan uşaqları 15 yaşlı əkizlər Maks və Emmi müşayiət edib.

Lopez və Afflek alış-veriş arasında öpüşməyə də macal tapıblar. Beləcə onlar evlilik problemləri ilə bağlı şayiələrə özünəməxsus şəkildə cavab veriblər.

Qeyd edək ki, Afflek və Lopez 2022-ci ilin iyulunda evləniblər.


Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru