Britaniyalı aktyor Rey Stivenson İtaliyanın İskia adasında çəkiliş zamanı dünyasını dəyişib. Bakupost.az xəbər verir ki, aktyor 58 yaşında vəfat edib. Qəzetin yazdığına görə, mayın 20-də səhhəti pisləşdiyi üçün xəstəxanaya aparılıb, sonradan vəziyyəti pisləşib. Digər təfərrüatlar açıqlanmır. Rey Stivenson "Roma" (2005-2007) tarixi televiziya serialında, "Kral Artur" (2004), "Cəzalandırıcı: Müharibə ərazisi" (2008), "Thor" filmlərindəki rolları ilə tanınır.