Məşhur rusiyalı aktyor axtarışa verildi: Həbs cəzasına məhkum ediləcək - FOTO

23-05-2023, 10:18           
Məşhur rusiyalı aktyor axtarışa verildi: Həbs cəzasına məhkum ediləcək - FOTO
Rusiya Daxili İşlər Nazirliyi məşhur rusiyalı teatr və kino aktyoru Aleksey Panini axtarışa verib.

Bu barədə nazirliyin məlumat bazasında informasiya əks olunub.

Aleksey Paninə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Terrorçuluğa bəraət qazandırılması” maddəsi ilə iş başlanılıb. Buna səbəb isə aktyorun 2022-ci ilin oktyabrında sosial şəbəkədə Krım körpüsündə baş verən partlayışla bağlı paylaşımı olub.

Panini 7 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, aktyor 2020-ci ildə İspaniyaya köçüb və orada yaşayır.



Mənbə: MK.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru