Planetin ən seksual aktyoru evlənir - FOTO

24-05-2023, 11:24           
Planetin ən seksual aktyoru evlənir - FOTO
Planetin ən seksual kişisi seçilən, “Qisasçılar” film seriyasının ulduzu, 41 yaşlı Hollivud aktyoru Kris Evans evlənir.

O, 25 yaşlı portuqaliyalı aktrisa Alba Baptista ilə ailə qurur.

Nikah mərasimi yay ayında, Evansın doğulduğu və ötən ildən sevgilisi ilə birlikdə yaşadığı ABŞ-nin Massaçusets ştatında baş tutacaq. Toyda yalnız cütlüyün ailəsi və yaxın dostları iştirak edəcəklər.

Qeyd edək ki, Kris Evansın Baptista ilə münasibətləri 2022-ci ilin noyabrında üzə çıxıb. Həmin vaxt aktyor bir ildən artıq idi ki, aktrisa ilə görüşüb, lakin bu barədə açıqlama verməyib.








Mənbə: “RadarOnline”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru