Məşhur müğənninin bütün ailə üzvləri Rusiyanı TƏRK ETDİ

28-05-2023, 09:08           
Məşhur müğənninin bütün ailə üzvləri Rusiyanı TƏRK ETDİ
Məşhur müğənni Alla Puqaçovanın bütün ailə üzvləri Rusiyanı tərk edib.

Bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.

Bildirilib ki, müğənninin özü beşinci əri, teleaparıcı Maksim Qalkin və əkizləri Liza və Harri ilə birlikdə İsraildə məskunlaşıb. Qızı Kristina Orbakaite ABŞ-yə əri Mixail Zemtsov və qızı Klaudiyanın yanına gedib. Puqaçovanın böyük nəvəsi Nikita da artıq bir ildir ki, ABŞ-də yaşayır. Müğənninin kiçik nəvəsi Denis Baysarovun da Rusiyanı tərk etdiyi qeyd olunub.

Qeyd edək ki, A.Puqaçova Rusiya-Ukrayna müharibəsi fonunda 2022-ci ilin yazında İsrailə köçüb. \\AZİNFORM.AZ












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru