Azərbaycanlı bloqerin təyyarədə başına iş gəldi - FOTO

7-06-2023, 10:37           
Azərbaycanlı bloqerin təyyarədə başına iş gəldi - FOTO
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənovun başına iş gəlib.

Bizim.Media xəbər verir ki, 29 yaşını Maldiv adalarında qeyd edən Hüseyn təyyarə ilə Dubaya geri qayıdarkən tualetin qapısı bağlandığına görə, orada 15 dəqiqədən artıq qalmalı olub.

Bu haqda Həsənov sosial şəbəkə hesabında məlumat yayıb.

“Təyyarənin tualetində qaldım. Qapı açılmaq istəmirdi. Bu təyyarənin tualeti isə dolaba bənzəyir. Kiçikdir. Mən qapalı məkanda qala bilmirəm. Bu 15 dəqiqə həyatımda ən dəhşətli anlar idi. Panik atak oldum. Qısaca – qorxumla göz-gözə gəldim. Bundan sonra təyyarələrin tualetinə daxil olmayacağam”, - deyə Hüseyn vurğulayıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.