“Hörümçək adam” məzuniyyətə çıxdı

9-06-2023, 13:47           
“Hörümçək adam” məzuniyyətə çıxdı
İngilis aktyor Tom Holland bir il müddətinə fəaliyyətini dayandıracağını açıqlayıb. O, bildirib ki, son iki il onun üçün çox stresli keçib.

Bu müddət ərzində o, bir neçə filmdə rol alsa da, ən çox “The Crowded Room” serialına çəkilmək onu yorub.

“Şou məni sındırdı. Bir anda anladım ki, fasiləyə ehtiyacım var. İndi birillik məzuniyyət götürürəm. Bu, şounun çox ağır olmasının nəticəsidir”, - deyə Holland bildirib.

Xatırladaq ki, Tom Holland “Hörümçək-adam” rolunu oynadıqdan sonra geniş populyarlıq qazanmış ingilis aktyorudur. Onun debütü rejissor Xuan Antonio Bayonun “The Impossible” filmində Lukas Bennet rolu olub.

Mənbə: UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru