Bülent Ersoyun həyatından bəhs edən filmin hazırlıqlarına başlandı - FOTO

10-06-2023, 12:18           
Bülent Ersoyun həyatından bəhs edən filmin hazırlıqlarına başlandı - FOTO
“Diva” kimi tanınan məşhur türkiyəli sənətçi Bülent Ersoyun həyatından bəhs edən filmin hazırlıqlarına başlanılıb.

Filmin 2024-cü ilin sonlarında tamamlanacağı gözlənilir.

Bu barədə jurnalist Sina Koloğlu sosial media hesabında məlumat verib.

“Jurnalist Tuğrul Eryılmaz, psixiatr Camal Dindar, sosioloq Göksel Aymaz, jurnalist-yazıçı Gülşen İşeri, musiqi müəllifi Murat Meriç, yazıçı Murat Özyaşar və yazıçı-dramaturq Erdinç Ulutaşın da olduğu böyük bir məsləhətçi qrupu ilə ssenari çalışmalarına başlandı. Film böyük ehtimal, 2024-cü ilin sonuna qədər hazır olar”, - deyə o qeyd edib.
Sina Koloğlunun sözlərinə görə, hazırda Bülent Ərsoyla müsahibələr aparılır. “Jurnalist, sosioloq, psixiatrın olması önəmlidir. Hər bir mütəxəssis öz sahəsi üzrə suallar hazırlayır. Sonunda suallar ümumiləşdiriləcək və nəticəyə gəlinəcək”, - deyə o əlavə edib.







Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru