Məşhur Hollivud bəstəkarı Londonda konserti zamanı səhnədə sevgilisinə evlilik təklifi etdi - VİDEO

18-06-2023, 12:24           
Məşhur Hollivud bəstəkarı Londonda konserti zamanı səhnədə sevgilisinə evlilik təklifi etdi - VİDEO
Məşhur Hollivud bəstəkarı Hans Tsimmer Londonun “O2 Arena” stadionunda konserti zamanı sevgilisinə evlilik təklifi edib.

O, çıxışını yarımçıq kəsərək sevgilisi, kinoprodüser Dina de Lukeyə üzünü tutub və ondan səhnəyə yanına gəlməsini xahiş edib.

“Niyə səndən bura gəlməyi xahiş etdim? Sənə vacib bir sual vermək istəyirəm. Giriş qapısını bağlamısanmı? Soyuducuda süd varmı? Əslində yox, bunlar deyil. Sualım budur: mənimlə evlənərsənmi?”, - deyə Tsimmer səhnədən təklifini səsləndirib.

Dina de Luke razı olduğunu bildirib.
Bundan sonra bəstəkar Kristofer Nolanın “Başlanğıc” filmindən “Time” mahnısını ifa edib.

Mənbə: “Deadline”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru