“Netflix” məşhur serialın yeni mövsümünün ilk treylerini yayımladı - VİDEO

19-06-2023, 13:34           
“Netflix” məşhur serialın yeni mövsümünün ilk treylerini yayımladı - VİDEO
“Netflix” tanış və yeni aktyorların yer aldığı “The Squid Game”in ikinci mövsümünün ilk tizer treylerini yayımlayıb.

Video şirkətin “YouTube” kanalında nümayiş olunub.

Lakin yayımçı serialın ilk nümayiş tarixini açıqlamaqdan imtina edib.

Bildirilir ki, layihənin çəkilişləri bu yaxınlarda başlayıb və təxminən 10 ay davam etməlidir. Bundan sonra post-istehsal mərhələsi başlayacaq və bu, yəqin ki, ən azı bir neçə ay çəkəcək. Beləliklə, ikinci mövsümün 2024-cü ilin payızına qədər çıxmayacağı açıq-aydındır.
Qeyd edək ki, “The Squid Game”in ilk mövsümü 2021-ci ilin payızında efirə çıxıb və bütün dünyada əsl hitə çevrilib. İlk 28 gündə seriala ümumilikdə 1,65 milyard saat baxılıb və o, “Netflix” tarixində ən populyar serial olub.

Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru