Röya Ayxan: “Ərəb şeyxi tapsam, səhnədən gedəcəyəm”

19-06-2023, 17:36           
Röya Ayxan: “Ərəb şeyxi tapsam, səhnədən gedəcəyəm”
“Həyatımda inandığım dostlar var idi. Lazım olmayan şəkillər çəkdirmişdim. Onları silib atardım”.

Olay.az yazır ki, bu sözləri Xalq artisti Röya Ayxan verilişlərin birində deyib. O, “Həyatınızdan hansı ili silərdiniz?” sualına cavabında bu sözləri işlədib.

Bundan əlavə, pop ulduz aparıcının suallarını cavablandırarkən fanatı olduğu sənətçilərdən də danışıb:

“Çoxdurlar. Amma Zülfiyyə Xanbabayevanın adını çəkmək istəyirəm”.
Həmçinin, Röya heç vaxt ailə qurmayacağını bildirib. İfaçı zarafatyana deyib ki, ərəb şeyxi taparsa, səhnədən uzaqlaşacaq.

“Çoxdandır, borcum yoxdur. Ancaq dostlarıma borcluyam. İtirməkdən, tənha qalmaqdan çox qorxuram”, - deyə Xalq artisti sözlərinə davam edib.

R.Ayxan bildirib ki, ən böyük arzusu oğlu Hüseynin ali məktəbə daxil olmasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru