Flora Kərimova reket jurnalistləri ifşa etdi

28-06-2016, 16:32           

Müğənni Şəbnəm Tovuzlu reket jurnalistləri hədəfə alması sənət aləmini bir-birinə vurub.

Publika.az-a açıqlama verən Xalq artisti Flora Kərimova özünün də zaman-zaman reket jurnalistlərin hədəfi olduğunu gizlətməyib: “Həmişə haqqımda sifarişli yazılar yazdırıblar. Sifarişlə söyülmüşəm, təhqir olunmuşam. Amma mən özümə arxayın olduğum üçün geri çəkilməmişəm, sona qədər mübarizə aparmışam. Günü bu gün də haqqımda sifarişli yazılar yazdırırlar. Hesab edirəm ki, reket jurnalistikasına qarşı mübarizə aparmaq lazımdır. Hədəf seçilən adam əgər özünə arxayındırsa, imkan verməməlidir ki, ondan pul qoparsınlar. Sənətçinin dili uzun olmalı və şantaj edildiyini sübuta yetirməlidir. İnsanların şərəf və ləyaqəti ilə oynamaq olmaz. Heç kimin buna ixtiyarı yoxdur. Məhkəməyə verib, həmin jurnalistləri ifşa etmək lazımdır. Bu axının qarşısı alınmalıdır”.

Xatarladaq ki, Şəbnəm Tovuzlu reket jurnalistlər barədə belə açıqlama verib: “Azərbaycanda jurnalist adına ləkə olanlar az deyil. Zəng edib məndən pul istəyirlər. Bundan sonra reket jurnalistlərin barəmdə yazacaqlarına sakit reaksiya göstərməyəcəm. Qanuni şəkildə onları məhkəməyə verib, haqq etdikləri cəzanı almalarına çalışacam”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.