İcra başçısının model “sevgilisi“: - “70 yaşı var, babam yaşındadır“

29-06-2016, 14:23           
İcra başçısının model “sevgilisi“: - “70 yaşı var, babam yaşındadır“
Model-aktrisa Əfsanə Qasımova bir müddət öncə açıq-saçıq fotolarının mətbuata çıxmasıyla, ardınca isə adının keçmiş icra başçısıyla hallanmasına görə gündəmə gəlmişdi

Bu günlərdə isə Qasımova yeni fotosessiyasını ölkə.az-a təqdim edib. Aktrisa-model həmçinin saytın suallarını cavablandırıb.

- Əfsanə xanım, bir müddət öncə sosial şəbəkələrdə, həmçinin mediada çox aktiv idiniz. Sanki son günlər bir qədər geri çəkilmisiniz.

- Haqlısınız ki, bir müddət öncə daha fəal idim. Amma indiki duruma da geri çəkilmək deməzdim. Sadəcə, başım işlərimə qarışıb. Hazırda ATV-də "Qız atası" serialına çəkilirəm, eyni zamanda model kimi fəaliyyətim var. Sentyabrdan da dövlət qurumunda işə başlayacağam.

- Bəlkə qeyri-fəallığınızın bir səbəbi də budur.

- Bilirsiniz, dövlət qurumu elədir ki, burada hər addımına diqqət etməlisən. Bəlkə də o səbəbdən müəyyən çərçivələri özüm özümə təyin etmişəm.

- İndiyə kimi o çərçivələr yox idi?

- Var idi, amma bu qədər yox.

- Adınız Cəbrayılın keçmiş icra başçısıyla da hallanırdı.

- O söhbət yadıma düşəndə hələ də gülürəm. Səhv etmirəmsə kişinin adı Mahmud idi.

- Bəli, Mahmud Quliyev.

- Düzdür, sevgidə, münasibətlərdə yaşın fərqi yoxdur. Amma bu qədər də yox da. O kişinin 70 yaşı var, babam yaşındadır.

- Təqdim etdiyiniz fotosessiyadakı maşın özünüzündür?

- Xeyr, yaxın bir dostumundur. Özüm isə avtomobil idarə etmirəm.

- Bacarmırsınız?

- Bacarıram, amma sürücü idarə edir.

- Niyə Azərbaycanda model deyəndə belə düşünülür ki, filankəsin sevgilisi, filankəsin məşuqəsidir?

- Bu mənim ən yaralı yerimdir. Ancaq görünür insanlar daha çox belə görürlər. Hər halda insanın biriylə münasibətinin olması çox normaldı. Əsas odur ki, kiminsə evini, ailəsini dağıtmayasan.

- Yeri gəlmişkən, şəxsi həyatınızla bağlı vəziyyət necədir?

- Onu deyə bilərəm ki, hər şey qaydasındadır.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.