Tanınmış jurnalist: “Əlimdəki məlumatları yaysam…”

29-06-2016, 14:53           

Müğənni Şəbnəm Tovuzlunun reket jurnalistləri hədəfə alması peşəkar jurnalistləri də dilə gətirib.

teref.az xəbər verir ki,publika.az-a açıqlama verən jurnalist Tahirə Məmmədqızı bəzi həmkarlarının yerinə xəcalət çəkdiyini deyib: “Özünəhörmət edən jurnalist heç vaxt sifarişlə yazı yazmaz. Belə şeylər jurnalist peşəsinə ləkədir. Söhbət peşəkar jurnalistdən gedir. Bir dəfə oğlumun təhsil aldığı məktəbin direktorundan yaxşı yazı müqabilində pul istəmişdilər. Həmin adamlar da özlərini çalışdığım “Şərq” qəzetinin müxbirləri kimi qələmə vermişdilər. Direktor mənə zəng etdi ki, bəs sizin qəzetdə işləyən iki müxbir məndən pul istəyir. Dərhal məktəbə gəldim və həmin adamlardan birini direktorun yanında gördüm. Dedim ki, mən mətbuat şurasına müraciət edəcəyəm. Bəlli oldu ki, həmin şəxslər bizim qəzetin adından istifadə edərək direktordan pul qoparmaq istəyiblər. Bunun qarşısı alındı”.

T.Məmmədqızı müğənnilərə də səslənib: “Buradan bəzi müğənnilərə üzümü tutub deyirəm ki, özünüzə çox da güvənməyin, şəxsən məni heç kim pulla satın ala bilməz. Çünki mən qələminə hörmət edən peşəkar jürnalistəm. Elə müğənnilər var ki, onlar barəsində əlimdə məlumat var, amma dəqiqləşdirmədən dərc edə bilmərəm. Əgər xəbər yayılsa, heç bir pulun müqabilində o yazı çıxarıla bilməz. Çünki özünə əmin olan jurnalist sona qədər getməlidir”.

Xatarladaq ki, Şəbnəm Tovuzlu reket jurnalistlər barədə belə açıqlama verib: “Azərbaycanda jurnalist adına ləkə olanlar az deyil. Zəng edib məndən pul istəyirlər. Bundan sonra reket jurnalistlərin barəmdə yazacaqlarına sakit reaksiya göstərməyəcəm. Qanuni şəkildə onları məhkəməyə verib, haqq etdikləri cəzanı almalarına çalışacam”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.