Ancelina Coli Bred Pittin keçmiş həyat yoldaşını ittiham etdi

19-02-2025, 10:16           
Ancelina Coli Bred Pittin keçmiş həyat yoldaşını ittiham etdi
Amerikalı aktrisa Ancelina Coli "Oskar" mükafatına namizəd göstərilməməsində Bred Pittin keçmiş həyat yoldaşı Cennifer Enistonu günahlandırıb.

Oxu.Az-ın "Radar online" nəşrinə istinadla verdiyi məlumata görə, A.Coli "Mariya" filmində baş rolu oynayıb, amma mükafata namizəd göstərilməyib.

Aktrisa güman edib ki, filmdə iştirak onu Hollivudun zirvəsinə qaytaracaq. Ulduz sənətçi uğursuzluqda əvvəlcə keçmiş əri B.Pitti ittiham edib, sonra isə qərara gəlib ki, C.Enistonun bu işdə əli var və bu yolla ondan qisas ala bilər. Məsələ burasındadır ki, A.Coli 20 il əvvəl B.Pitti C.Enistonun ailəsindən ayırmışdı.

A.Coli qərara gəlib ki, Hollivud səkkiz il ərzində qalmaqallı şəkildə boşandığı B.Pittin tərəfində durub. Bundan başqa, aktrisa hesab edir ki, B.Pitt kampaniya başladaraq onu xoşagəlməz vəziyyətdə göstərmək istəyib, C.Eniston isə bu işdə ona kömək edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru