Yaxşı bu ali məktəb və mərkəzlər maliyə hardan alır?

4-03-2025, 09:14           
Yaxşı bu ali məktəb və mərkəzlər maliyə hardan alır?
Nüfuzlu kino mükafatı olan "Oskar"-ın əsas mükafatları erməni aktyorları Karren Karagulian, Vache Tovmasyan olan "Anora" filminə verildi. Bu ilk deyil ki, erməni rejissorlar, aktyorlar və ssenaristləri kino sahəsində uğurlar qazanıblar.
Azərbaycanda Beynəlxalq Kino Məktəbi var, Azərbaycan Kinematoqrafçılar İttifaqı var, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti var, Azərbaycan Film Akademiyası var, var da var.
Amma ən uzağı gedəcəyimiz Türk, Qazax və xırda dövlətlərin seriallarında epizodik rollardır.
Deyəcəklər maliyyə yoxdur, nə bilim dövlət dəstək vermir və sairə. Yaxşı bu ali məktəb və mərkəzlər maliyə hardan alır ? Dövlət büdcəsini qoyaq kənara o qədər sponsorun gic komediya filmlərinə ayırdığı pulu bir ciddi filmə cəlb edə bilmirlər....
Bu günə qədər nə əcəb nüfuzlu kino şirkətləri ilə müqavilə bağlayıb təcrübə mübadiləsi etmirlər ?
Azərbaycanda aktyor peşəsinə, rejissor peşəsinə, kinoşünas peşəsinə oxumağa gələnlər isə ən uzağı Hesynabala Mirələmovun "namus" tamaşasında rol ala bilirlər....
Hələ büdcədən ayrılan o qədər pula çəkilməyən filmləri demirəm.
Nəisə gedim Bozbaş Picters, Komedixana, Qız qaçırma və sairəyə baxım. Çünki dünyada bundan aşağı səviyyədə heç nə yoxdur ki, onlar da bizim ölkədə var.....
Zaur Aliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru