Azərbaycanlı model bir qədəh kokteylə 70 min ödədi

9-04-2025, 08:24           
Azərbaycanlı model bir qədəh kokteylə 70 min ödədi
Azərbaycanlı model Diana Əhədpur hərracda kokteylə 70 min manat (37 500 avro) ödəyib.

TEREF xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, D. Əhədpurun Dubayda iştirak etdiyi restoranların birində spirtli içkilərdən hazırlanan bir qədəh kokteyl hərraca çıxarılıb.

Bahalı kokteyl 1930, 1937 və 1950-ci illərə aid olan içkilərdən hazırlanıb. Model kokteylə ən yüksək məbləği – 37 500 avro ödəyib.

Qeyd edək ki, Diana Əhədpur Azərbaycan, BƏƏ və bir sıra digər ölkələrdə model biznesinə sahibdir. O, iranəsilli biznesmen Manuçehr Əhədpurla ailəlidir. Birləşmiş Ərəb Əmirliyində yaşayan Diananın bir oğlu var. “Qafqazinfo”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru