Müğənniyə yeniyetməlik dövründə təcavüzə cəhd edilib: "Məni qucaqda apardılar"
Bu gün, 11:06

Rusiyalı bloger və müğənni Eldar Caraxov yeniyetməlik dövründə iki dəfə təcavüz edilmək cəhdindən son anda xilas olduğunu açıqlayıb.
32gun.az bildirir ki, o bu barədə “Дерзкая готовка” adlı YouTube şousunda çıxışı zamanı danışıb.
Caraxov bildirib ki, ilk hadisə onun 11 yaşı olanda Novokuznetsk şəhərinin mərkəzinə bir qızla görüşə gedərkən baş verib. Onu saxlayan naməlum kişi valideynlərinin onu axtardığını deyərək, özü ilə aparmağa çalışıb. Caraxov anasına zəng edib və anası ona dərhal uzaqlaşmağı tövsiyə edib. Kişi zorla onu aparmaq istəsə də, Caraxov kömək üçün qışqırıb və iki qadın hadisəyə müdaxilə edərək kişini çantaları ilə döyüb. Hücum edən şəxs daha sonra qaçıb.
İkinci hadisə isə Caraxovun 15 yaşı olanda baş verib. Onu və dostlarını tanımadıqları bir neçə kişi evlərinə qonaq çağırıb və onlara sərt spirtli içkilər veriblər. Daha sonra Caraxov pilləkəndə oturarkən həmin kişilərin onunla təcavüz etməyə hazırlaşdıqlarını eşidib. Bu zaman aşağıda olan bir neçə oğlan müdaxilə edib, hücum edənləri döyərək Caraxovu xilas ediblər.
Müğənni bu hadisələrin onun həyatında dərin iz buraxdığını və bu anları heç vaxt unutmadığını deyib.