Alen Delon kino karyerasını başa vurur

6-05-2017, 08:56           
Alen Delon kino karyerasını başa vurur
Məşhur Fransa aktyoru Alen Delon bu ilin payızında kino karyerasını başa vuracağını bəyan edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, aktyor sonuncu rolunu rejissor Patris Lekontun filmində oynayacaq.

“Bu mənim son filmim olacaq. Mən artlq boksçu kimi lazım lüzumsuz döyüşlərdə iştirak etmək istəmirəm”, deyə A.Delon bildirib. Onun sözlərinə görə, məhəbbət əhvalatından bəhs edən filmdə onun partnyoru aktrisa Jülyet Binoş olacaq.

Qeyd edək ki, son dəfə kinoda A.Delon 2008-ci ildə, “Asteriks və Obelisk Olimpiya Oyunlarında” filmində çəkilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.