Fərda Xudaverdiyev jurnalistlərə qarşı kobudluğa aydınlıq gətirdi – “Bu xəbəri oxuyanda, əlim üzümdə qaldı”

6-05-2017, 23:20           
Fərda Xudaverdiyev jurnalistlərə qarşı kobudluğa aydınlıq gətirdi – “Bu xəbəri oxuyanda, əlim üzümdə qaldı”
Dünən Nizami Kino Mərkəzində baş tutan Fərda Xudaverdiyevin "Selfinaz 2" stand up şousu öncəsi qalmaqal yaşanıb. Təşkilatçıların məsuliyyətsizliyinə görə, jurnalistlərə qarşı xoşagəlməz münasibət sərgilənib. Baş verənlərlə bağlı Fərda Xudaverdiyev “Kivnews.com” İnformasiya Portalının suallarını cavablandırdı:

Bu vaxta kimi jurnalistələr qarşı hörmətlə yanaşan Fərdanın 6 ay hazırlaşıb insanların üzünü güldürmək üçün verdiyi konsert zamanı təşkilatçıların hansısa hörmətsizliyini adıma bağlamaqları məni narahat etdi. Həqiqətən də pərt olmuş kimiyəm. Getdiyim qalalarda, konsertlərimdə həmişə jurnalistlərə hörmətlə yanaşmışam, bundan sonra da yanaşacam. Amma ən azından baş verənləri olduğu kimi yazmaq lazımdır. Yaşananları konsertdən sonra bilmişəm. Razıyam, şəklimi ver, xəbər oxunsun. Lakin yaz ki, Fərdanın konsertinin təşkilatçılarından kobudluq olub. Yoxsa “Fərda jurnalistləri təhqir etdi”, nəbilim “içkili gəldi, yəni bu qədər də olmaz axı”.

– Ümumiyyətlə, içki söhbəti doğrudurmu?

– Saat yarım danışmağa hesablanmış konsertə ağlı başında olan adam içkili gələrmi? Bu xəbəri oxuyanda, əlim üzümdə qaldı. Zəng edib heç kimə, heç nə deyə bilmirəm ki, ayıbdır. Bu, birbaşa qərəzli yanaşmadır.

– Bəs, bu içki söhbəti nədən qaynaqlandı?

Orada mənə qıcıqlandırıcı sual verdilər ki, bu dəfə də, “16+”dur. Dedim, bəli afişada yazılıb. Qayıtdılar ki, bəs keçən dəfə də dediniz “16+” olacaq, amma olmadı axı. Onda mən qayıtdım ki, bunu qardaşyana, dost kimi deyirəm sizə, 16+ odur ki, budur, budur, budur… Bundan sonra sağollaşdıq, əl sıxdıq. Məndən ayrılandan sonra onlar gediblər zala daxil olmağa, xoşagəlməz hadisə də o zaman yaşanıb. Jurnalistlər də, yuxarıda olan həmkarlarının hamısını bir yerə toplayaraq qərara gəliblər ki, gəlin Fərdanı sıxıb-sürüyək.

– Əvvəlcədən təşkilatçılara bildirilməmişdi ki, jurnalistlərə qarşı hörmətlə yanaşın?

– Tədbirdən əvvəl təbii ki, təlimatlar verilmişdi. Sadəcə olaraq, bir balaca yanlışlıq olub. Həmin gün ki, bir az gərgin iş olur, qonaqların qarşılanması-filan, o zaman özlərinə götürdükləri yardımçının səhvi olub. Gecə saat 5-ə kimi bu məsələni araşdırmışam. Təşkilatçıların özünü də danlamışam, bildirdim ki, jurnalistlər bizləri biz edənlərdir. İşlərimizin işıqlanmasında əvəzsiz xidməti olan insanlardır. Ən azı onlara icazə verilməliydi ki, içəri daxil olub görüntü götürsünlər. Hətta jurnalistlər üçün yuxarıda lojada yer ayırtdırmışdım ki, oradan işlərini rahat görsünlər. Sadacə onlara qarşı kobudluq olub.

– Mətbuat vasitəsilə jurnalistlərə sözünüz?

– Mənə görə jurnalistlər ora gəlibsə və mənim xəbərim olmadan təşkilatçılar tərəfindən onlara qarşı hansısa kobudluq olubsa, onların hər birindən üzr istəyirəm və məni sevdikləri üçün məni bağışlasınlar.

– Bundan sonra həmin təşkilatçılarla işlərinizi davam etdirmək fikrindəsiniz, yoxa dəyişəcəksiniz?

– Bu barədə əsaslı şəkildə düşünəcəm. Düzdür, təşkilatçılarla aramıZda müqavilələr var. Onun pozulması üçün müəyyən şərtlər var. Qarşılıqlı anlaşma şəraitində razılıq əldə olunsa, jurnalistlərə görə kobudluğa görə çox gümam ki, bu təşkilatçılarla çalışmayacam. Çünki bir səhv işimə kölgə gətirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.