Rafael Dadaşovun səhhəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi

8-05-2017, 19:46           
Rafael Dadaşovun səhhəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi
Tanınmış aktyor, xalq artisti Rafael Dadaşovun vəziyyəti ağırlaşıb.

Bu barədə "Ölkə.Az"a sənətkarın əmisi qızı, müğənni Lalə Dadaşova məlumat verib:

"Şəkəri var, ürəyi, böyrəyində də problem yaranıb. Hər şey bir-birinə qarışıb. Axşam vəziyyəti ağırlaşdı, xəstəxanaya yerləşdirildi. İndicə yanından gəlirəm. Onun üçün dualar elədim. Allah Rafaeli xalqımıza çox görməsin. Hazırda reanimasiyadadır".

Qeyd edək ki, Rafal Dadaşov 1946-cı ildə Bakıda anadan olub.

***

"Dünən səhhətim bir-birdən pisləşdi, halsızlaşdım. Hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində müalicə alıram”.

Bunu APA-ya açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, xalq artisti Rafael Dadaşov deyib.

Xalq artisti bildirib ki, şəkər və yüksək təzyiqdən əziyyət çəkir: "Məni əsas incidən təzyiqdir. Şəkər də bəzən əziyyət verir. Görünür, yaş da özünü göstərir. Görürsünüz, səsim yaxşı gəlir, sizinlə xoş əhvalla danışıram, amma reanimasiyaya yerləşdiriblər. Heç kim narahat olmasın. Sadəcə, müalicə intensiv aparılsın deyə, palataya yox, reanimasiyaya yerləşdirdilər. Həkim nəzarətindəyəm, ümid edirəm tezliklə sağalıb xəstəxanada çıxacağam”, - deyə, o, bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.