Məşhur musiqiçinin ölüm səbəbi bilindi

11-05-2017, 08:32           
Məşhur musiqiçinin ölüm səbəbi bilindi
Məşhur italiyalı musiqiçi Robert Maylsın vəfatının səbəbi açıqlanıb.

BakiPost.az-ın xatici mətbuata istinadən məlumatına əsasən, 47 yaşlı Robert Mayls xərçəng xəstəliyindən əziyyət çəkirmiş. "Robert Mayls son doqquz ay ərzində xəstəliklə mübarizə apardıqdan sonra dünyasını dəyişib”, qəzet yazıb.

R. Mayls ötən gün İspaniyanın İbitsa şəhərində vəfat edib. Əsl adı Roberto Konçina olan musiqiçi 1995-ci ildə "Children” mahnısı ilə məşhurlaşıb. Kompozisiya bir neçə həftə ərzində dünya hit-paradlarına başçılıq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru